Главная > Maraqlı > Ən faydalı 20 qida məhsulu - SİYAHI
Ən faydalı 20 qida məhsulu - SİYAHI24-04-2019, 18:58. |
Ən faydalı 20 qida məhsulu -SİYAHIDünya alimləri 1000-dən çox qida məhsulları üzərində elmi araşdırmalar aparıblar. Nəticədə, içlərindən ən faydalı və sağlamlıq baxımından önəmli olan 20 qida məhsullarını seçiblər. Yenicag.az həmin qida məhsullarını təqdim edir: 1. DƏRMAN ZƏNCİROTUNUN YARPAĞI – A və C vitaminləri, eləcə də kalsium baxımından zəngindir. 2. ÇİA TOXUMU – Bu kiçik qara toxumlar lif nisbətinin yüksək olması ilə bərabər protein, linoleik turşu və digər vitaminləri ehtiva edir. 3. BALQABAQ TUMU – Dəmir və manqanla olduqca zəngindir. 4. PAZI OTU – Tərəvəzlərə parlaq rənglərini verən maddələr baxımından zəngin olduğu üçün güclü antioksidanta malikdir. 5. ÇUĞUNDUR YARPAĞI – Şəkər çuğunduru bitkisinin yarpağı kalsium, dəmir K və B qrupu vitaminləri ilə zəngindir. 6. QURUDULMUŞ CƏFƏRİ- Ədviyyat olaraq istifadə edilən cəfəri bor, florid kalsium ilə zəngin olduğundan oynaq və diş sağlamlığı üçün önəmlidir. 7. QURUDULMUŞ KƏRƏVİZ – Qurudularaq yarpaq halına gətirilmiş kərəviz mineral və amin turşularının əsas mənbəyidir. 8. ADİ ACIQIJI – Su kənarlarında yetişən bu bitki mineral əksikliyində istifadə olunur. 9. MANDARİN – Karotinoid və A vitamini ilə olduqca zəngindir. 10. YAŞIL NOXUD – Bu bitkidə çoxlu miqdarda dəmir, fosfor, maqnezium, sink, mis və lif var. 11. YAŞIL SOĞAN – Fosfor, mis, maqneziumla zəngin olan yaşıl soğan K vitaminin əsas mənbəyidir. 12. QIRMIZI KƏLƏM – Dəniz kənarlarında yetişdiyi təxmin edilən bu bitki vitaminlərlə zəngindir. 13. ÇƏHRAYI QREYFRUT – Karotinoid və likopen piqmentlərinin yığılması səbəbi ilə dilimləri qırmızımtıl rəng alır. 14. BADAM – Tərkibində olan vitaminlər ürək, sinir və beyin fəaliyyəti üçün faydalıdır. 15. DONDURULMUŞ İSPANAQ – Maqnezium, A vitamini və karotinoidlər baxımından zəngin olan ispanağın donmuşu təzəsindən daha faydalıdır. 16. QIRMIZI BİBƏR – A, C, E vitaminləri ilə olduqca zəngindir. 17. REYHAN – Ürəyi qorumaqda ən faydalı bitki sayılan reyhan göbələk və bakteriyaya qarşı da istifadə edilir. 18. KƏLƏMİ KALE – Ortasında yumrusu olmayan bu kələm olduqca faydalı sayılır. 19. ACI BİBƏR – Karotin, riboflavin və bir çox vitaminlərlə zəngin antioksidantlardandır. 20. UZUN SAPLI BROKOLİ – Digər brokolilərdən fərqli olmasına baxmayaraq, çoxlu vitaminlər ehtiva edir. Tahirə Nur www.yenicag.az
Вернуться назад |