Главная > Mədəniyyət > "Formula 1": Sem Smitin Bakı konserti ləğv olunub

"Formula 1": Sem Smitin Bakı konserti ləğv olunub


24-04-2019, 11:53.

        "Formula 1": Sem Smitin Bakı konserti ləğv olunub

 

Sem Smitin aprelin 27-də Bakıda "Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi çərçivəsində nəzərdə tutulan konserti baş tutmayacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Musavat.com-a verilən məlumata görə, britaniyalı müğənni ötən həftə Cənubi Afrika Turunu yarımçıq qoymasının ardından, həkimlərin tövsiyəsi ilə çıxışlarına fasilə verməli olub.

Cardi B ləqəbli Belkalis Almanzarın aprelin 28-də Bakı Kristal Zalındakı çıxışı isə baş tutacaq.

Qeyd edək ki, "Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək.

 


Вернуться назад