Главная > Baş Xəbər / Araşdırma > Dünya birjalarında təlatüm – Neftin qiyməti durmadan artacaq

Dünya birjalarında təlatüm – Neftin qiyməti durmadan artacaq


24-04-2019, 15:45.

           Dünya birjalarında təlatüm – Neftin qiyməti durmadan artacaq

 

Ağ Ev daha əvvəl İrana tətbiq etdiyi neft sanksiyalarından kənar tutduğu 8 ölkəyə daha güzəşt olmayacağını bəyan edib.

Avropa.info xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranın neft ixracatını sıfıra endirməyə və ölkənin gəlir qaynağını məhdudlaşdırmağa qərar verib. 2 maydan etibarən Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstanın güzəştləri 2 mayda başa çatacaq.

Trampın qərarı üzündən Nyu-York birjasında "Brent” markalı neftin bir bareli 14 sent artaraq 74,18 dollar olub. Ekspertlər neft qiymətlərinin yüksələcəyini bildirirlər.

Qərarın hüquqi qüvvəyə minməsi ilə beynəlxalq birjalarda Venesuela, Səudiyyə Ərəbistan, İraq, Küveyt, BƏƏ neftinə olan tələbat artacaq.

 


Вернуться назад