Главная > Mənəviyyat > Ermənilərdən növbəti ekoloji terror təhdidi

Ermənilərdən növbəti ekoloji terror təhdidi


29-02-2016, 18:12.

Ermənilərin işğal altındakı Sərsəng su anbarından normadan artıq su buraxması fəsadlara səbəb oldu 

Bərdənin Əyricə kəndində körpü uçub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, körpünün uçmasına səbəb Tərtər çayında suyun artması olub. Tərtərçay Hidroqovşağı İdarəsindən  APA-ya  bildirilib ki,  Ermənistan tərəfi, çaya işğal altında olan Sərsəng su anbarından normadan artıq su buraxıb. Çayda suyun səviyyəsinin qalxması Tərtərçay çayında və Aran Qarabağ bölgəsində 20 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edən "Xan Arx”  su kanalının lil və çınqılla dolmasına səbəb olub. Hazırda sel sularının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür.

 

Çay suyunun qalxması  Bərdənin Əyricə kəndi ərazisində yeni bərpa olunan körpüdəki tikinti işlərini də  ləngidib.


Вернуться назад