Главная > Mədəniyyət > Elza Seyidcahanın konsert biletləri qısa zamanda necə satıldı?

Elza Seyidcahanın konsert biletləri qısa zamanda necə satıldı?


23-04-2019, 17:29.

               Elza Seyidcahanın konsert biletləri qısa zamanda necə satıldı?

 

Əməkdar artist Elza Seyidcahan Heydər Əliyev Sarayında aprelin 28-də konsert proqramı ilə çıxış edəcək. "Sənə bənzər” adlı gecədə müğənni yeni və köhnə mahnılarını səsləndirəcək. Konsertə sayılı günlər qalsa da, biletlərin satılmadığı barədə xəbərlər yayılıb.

İfaçı isə musavat.com-a açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib:"Biletlərin əsas hissəsi satılıb. Hazırlıqlar ciddi şəkildə davam edir. Çox az vaxt qaldı. Belə bir konsert keçirmək heç bir müğənninin nə işi, nə də hünəri deyil. Bunu tək bizim müğənnilərimizə yox, dünyadakı bütün müğənnilərə şamil edirəm. Rəqs müəllimim mənə deyir ki, sizə məəttəl qalmışam. Nə qədər müğənni ilə işləmişəm. Amma heç kimdə ritm, bu cür "slux”yoxdur. Bunlar bu günə qədər necə oxuyublar?! Bu, elə-belə konsert deyil. Mən bunu tək öz müğənnilərimiz üçün demirəm. Dünya arenasına baxaq, konseptual müğənni, artist olmaq başqa şeydir. Mən bunu təkəbbürdən, qürrələnərək yox, şükürlə deyirəm. Hər müğənninin özünə görə stili var. Bu da insanın öz yaradıcılığa bağlıdır. İnşallah ki, konsertdə bütün bunlar görünəcək”.

Qeyd edək ki, bir müddət öncə müğənninin konsert biletlərinin satılmadığı barədə xəbərlər yayılmışdı. Buna səbəb "İticket” satış saytında çox az biletin satıldığını göstərməsi olmuşdu.

Ötən gündən etibarən isə saytda müğənninin 80 faiz biletinin satıldığı göstərilir.

Könül, musavat.com

 


Вернуться назад