Главная > Siyasət > Nazarbayev Qazaxıstan prezidentliyinə Tokayevin namizəd kimi irəli sürülməsini təklif edib

Nazarbayev Qazaxıstan prezidentliyinə Tokayevin namizəd kimi irəli sürülməsini təklif edib


23-04-2019, 13:41.

    Nazarbayev Qazaxıstan prezidentliyinə Tokayevin namizəd kimi irəli sürülməsini təklif edib

 

Qazaxıstanın ilk Prezidenti, "Nur Otan" Partiyasının sədri Nursultan Nazarbayev iyunun 9-da ölkədə keçiriləcək prezident seçkilərində iqtidar partiyasından Kasım-Jomart Tokayevin namizədliyinin irəli sürülməsini təklif edib.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat verib.

"Kasım-Jomart Tokayevin Qazaxıstan Respublikasının prezidenti vəzifəsinə namizədliyinin irəli sürülməsi məsələsini qurultayın müzakirəsinə çıxarıram", - N.Nazarbayev "Nur Otan" Partiyasının 19-cu növbədənkənar qurultayında bildirib.

O, uzun illər birgə işlədiyi Tokayevi yaxşı tanıdığını, onu bugünkü gündə ən layiqli namizəd hesab etdiyini vurğulayıb.

Xatırladaq ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri bu il iyunun 9-da keçiriləcək.

 


Вернуться назад