Главная > Baş Xəbər / Türk Dünyası > Rusiya türklərə qarşı "Çin üsulu"ndan istifadə edir

Rusiya türklərə qarşı "Çin üsulu"ndan istifadə edir


7-04-2019, 16:34.

             Rusiya türklərə qarşı "Çin üsulu"ndan istifadə edir

Krım tatarlarına qarşı sistemli şəkildə təzyiqi artıran Rusiya buranı "qorxu yarımadası"na çevirir.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu yolda Rusiyanın Çinin Şərqi Türküstandakı təcrübəsindən yararlanacağı iddia edilib. Bunun üçün Rusiya tərəfi Krımda Hizbut Təhrir təşkilatı tərəfdarları üçün reabilitasiya mərkəzləri açmağı planlaşdırır.

Rusiya Dumasının deputatı Ruslan Balbek bildirib ki, sözügedən mərkəz Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətində, Əmirəli Ablayevin rəhbərliyi altında Krım və Sevastopol Müsəlmanları Dini İdarəsinin nəzdində açılacaq.

Qeyd edək ki, Çin hökuməti sözügedən üsulla uyğur türklərinə qarşı təzyiq göstərir. Onları daim nəzarət altında saxlayır.


 


Вернуться назад