Главная > Ölkə > Xətai meri Mahmudovun binalarını qoruyur – Şikayət-FOTO

Xətai meri Mahmudovun binalarını qoruyur – Şikayət-FOTO


29-02-2016, 19:03.
Bakıda tikilən bina ilə bağlı qalmaqal yaranıb. Uluyol.info ideologiya.az-a istinadla xəbər verir ki, inşa zamanı şəhərsalma qaydaları pozulub. Xətai rayonu, Fəzail Bayramov küçəsi, 14-cü həyətdə 20 ailə uzun illərdir sanki əsir düşərgəsində yaşayır. Onlar yaxınlıqda inşa edilən hündürmərtəbəli göydələnlərin girovuna çevrilib. Problemlə bağlı sakinlər prezident İlham Əliyevə müraciət hazırlayıb. Müraciətdə deyilir: "Cənab Prezident, neçə ildir ki, məhəlləmizin ətrafında hündürmərtəbəli binalar tikilib. Biz binəvaların havasını, işıqını kəsərək demokratik ölkəmizdə türmə şəraitində yaşamaqa məcbur edirlər. Neçə illərdir evlərimizin üstünə istifadəyə göydələnlərdən zir-zibillər müxtəlif kəsici-deşeci tullantılar atılaraq uşaqlarımızın və sakinlərin həyatına ciddi təhlükələr yaradır. Eyvanlardan evlərimizin damına söndürülməmiş atılan siqaret kötükləri dəfələrlə yanğın təhlükəsi yaradıb. Həmin şirkətin yerli nümayəndələrinə hər dəfə müraciət etdikdə isə, "gedin əlinizdən gələni edin, sizi köçürə bilmərik” deyərək başlarından edirlər.
Son zamanlar isə aşkar hədəyə keçiblər. Şikayət etmək istəyənlər şantaj edilir, şərləmə ilə hədələnir. Qeyri-rəsmi deyirlər ki, bu göydələnləri inşa edən şirkətlər əvvəl Eldar Mahmudovun olub. Xətai rayon icra başçısı Razim Məmmədov nazirlə anlaşaraq bütün qanunları pozub. Məsələ ondadır ki, bizim məhəllənin yerində bina tikmək istəyən diğər şirkətlər var. Ancaq onları da ərziyə buraxmırlar. Cənab Prezident, son sərəncamlarınızla tikinti sahəsində bir canlanma yaradacaq. Ancaq tikintiləri aparan sahibkarlar bina inşa etdikdə bu ərzidə yaşayan vətəndaşların hüquqların pozmamalıdırlar. Hər şey qanunla olmalıdır. Bizi isə Eldar Mahmudov Razim Məmmədov girovluqda saxlayır.
Cənab Prezident
Ümidimiz yalnız sizədir, xahiş edirik bizə yardım edin başqa ərazilərə köçürülək, yaxud da Eldar Mahmudov Razim Məmmədovun çoxsaylı, boş qalmış villalarında məskunlaşdırılaq”.
Mövzunu diqqətdə saxlayacağıq.







Вернуться назад