Главная > İqtisadiyyat > Nazir: “Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 mlrd. dollar investisiya yatırıb”

Nazir: “Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 mlrd. dollar investisiya yatırıb”


4-04-2019, 14:30.

        Nazir: "Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 mlrd. dollar investisiya yatırıb”

 

Ötən il Azərbaycan və Rusiya arasında olan ticarət mübadiləsinin həcmi əvvəlki illə müqayisədə 19% artaraq 2,5 mlrd. ABŞ dollarını üstələyib. ONA-nın məlumatına görə, bunu Rusiya sənaye müəssisələrinin Azərbaycanda işgüzar missiyası çərçivəsində təşkil olunan tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, müsbət dinamika bu il də nəzərə çarpır: "Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən qoyulan investisiyaların həcmi 4,6 mlrd.

dollar təşkil edib. Azərbaycan tərəfindən isə Rusiya iqtisadiyyatına qoyulan investisiyaların həcmi 1,2 mlrd. dollara bərabərdir".


Вернуться назад