Главная > Mövqe > “Hər ikisi günahkardır” – Qadınla dalaşan polislə bağlı (VİDEO)

“Hər ikisi günahkardır” – Qadınla dalaşan polislə bağlı (VİDEO)


29-02-2016, 15:38.
"Həmin videoda qadın da polisə müqavimət göstərir. Qadının polis əməkdaşı ilə bu cür davranmağa haqqı çatmır”.

 


Bu sözləri Femida.az-a açıqlamasında "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, sözügedən məsələdə həm vətəndaş, həm də polis əməkdaşı günahkardır:

"Əslində videodan hər şey aydın şəkildə görünmür. Təbii olaraq, polis əməkdaşı vətəndaşa qarşı heç bir formada zorakılıq tətbiq edə bilməz. Polisin vətəndaşa məxsus nəqliyyat vasitəsinə o cür daxil olması istənilən halda yolverilməz haldır. Həmin videoda qadın da polisə müqavimət göstərir. Qadının polis əməkdaşı ilə bu cür davranmağa haqqı çatmır. Yəni vətəndaş polisə tabe olmalıdır. Buna görə də zənnimcə, hər ikisi günahkardır”.

Hüquq müdafiəçisi bildirdi ki, bu kimi hallarda adətən vətəndaş özü müvafiq qurumlara müraciət edir:

"Düşünürəm ki, sosial şəbəkələrdə yayılan bu cür videolar Daxili İşlər Nazirliyinin diqqətindədir. Yəqin ki, tezliklə məsələyə hüquqi qiymət veriləcək. Belə hallarda adətən şəxsin özü hüquq-mühafizə orqanlarına müraciət edir. Lakin məişət zorakılığı ilə bağlı müraciət daxil olsa, qadın hüquqlarının müdafiəçisi kimi biz də müvafiq qurumlara müraciət edə bilərik”

Xatırladaq ki, bir neçə gün öncə Xətai rayonu, Süleyman Vəzirov küçəsində polisin əmrinə tabe olmayan 99 FH 475 nömrə nişanlı avtomobilin qadın sürücü ilə 99 YP 497 nömrə nişanlı YPX ekipajının əməkdaşı olduğu bilinən Əlövsət adlı polis arasında insident yaşanıb. 

Həmin insidenti əks etdirən videonu oxuculara təqdim edirik:



Ceyhun Əhmədli


Вернуться назад