Главная > Maraqlı > BƏƏ-də Buddanın 10 metrlik heykəli qoyulub

BƏƏ-də Buddanın 10 metrlik heykəli qoyulub


2-04-2019, 19:06.

          BƏƏ-də Buddanın 10 metrlik heykəli qoyulub

 

BƏƏ-nin iki ən böyük şəhərini – Dubayı və Əbu-Dabini birləşdirən magistral yollardan birində Buddanın 10 metr hündürlüyündə heykəli qoyulub.

Yerli KİV-lərin xəbərinə görə, aprelin 7-də "Yol kənarında” sərgilər layihəsinin ikinci mövsümünə rəsmən start veriləcək. "Luvr Əbu-Dabi” Muzeyində qeyd ediblər ki, bu heykəlin qoyulması həmin layihənin yeni mövsümünün başlanması rəmzidir. Şeyx Zayed şosesində yol kənarında 10 eksponat, o cümlədən "Luvr-Əbu-Dabi” kolleksiyasından 3D formatlı 3 heykəl qoyulacaq. Bu eksponatlar əslində 10 metr hündürlüyündə reklam lövhələridir.

Buddanın abidəsi şəfqət və mərhəmət ilahəsi Quanyinin çinli heykəltəraş Avalokiteşvara (XI-XII əsrlər) tərəfindən yaradılmış heykəlinin reproduksiyasıdır. Bu, trasda qoyulmuş birinci eksponatdır. Layihə müəllifləri əmindirlər ki, yol kənarında qalereya sayəsində avtomobil sürücüləri incəsənət aləmi ilə tanış olmaq, ölkənin yerli radiostansiyalarında tras boyunca yerləşdiriləcək bütün eksponatlar haqqında verilişləri dinləmək imkanı əldə edəcəklər. (AzərTAc)

 


Вернуться назад