Главная > Baş Xəbər / Siyasət > İstanbulu İmamoğlu qazandı - rəsmi

İstanbulu İmamoğlu qazandı - rəsmi


1-04-2019, 12:23.

             İstanbulu İmamoğlu qazandı -rəsmi

 

Martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərində İstanbul şəhərinin meri postuna CHP-nin namizədi Əkrəm İmamoğlu seçilib. Bu barədə artıq Yüksək Seçim Kurulunun rəsmi açıqlamasında bildirilir.

Musavat.com-un verdiyi xəbərə görə, YSK-nin sədri Sadi Güvən bildirib ki, Əkrəm İmamoğlu seçicilərin 4 milyon 159 min 650 səs qazanıb, onun əsas rəqibi Binəli Yıldırım isə 4 milyon 131 min 761 səs toplayıb.

Bu da o deməkdir ki, İstanbul şəhərinə artıq CHP-li başqan rəhbərlik edəcək. Bu, Ankara və İzmirdən sonra CHP namizədlərinin rəhbərlik edəcəyi üçüncü böyük şəhərdir.

 

Картинки по запросу Əkrəm imamoğlu
Вернуться назад