Главная > Mədəniyyət > Aysel Nazim Türkiyə və İranın ortaq çəkəcəyi filmdə azərbaycanlı kəşfiyyatçını canlandıracaq

Aysel Nazim Türkiyə və İranın ortaq çəkəcəyi filmdə azərbaycanlı kəşfiyyatçını canlandıracaq


29-03-2019, 20:47.

       Aysel Nazim Türkiyə və İranın ortaq çəkəcəyi filmdə azərbaycanlı kəşfiyyatçını canlandıracaq

 

Azərbaycanlı aktrisa Aysel Nazim Türkiyə ilə İranın ortaq istehsalı olan filmdə rol alacaq.

Musavat.com xəbər verir ki, "Oklar dansı” adlanan ekran işi Türkiyə, İran və Azərbaycanda çəkiləcək. Engin Çağlar, Onur Akay, Tuğba Özay, Vilma Elles, Tuncay Akça, Meral Konrat, Nilay Dorsa, Aslı Kökçe, Ceren Gündoğdu, Adnan Fişenk, Şakir Uyar, İbrahim Büyük ve Seracettin Gözüküçük kimi məşhurların rol alacağı ekran işinin rejissoru və prodüseri Mustafa Şahindir.

Vilma Elles "Əqrəb” ləqəbli cəsusu, Aysel azərbaycanlı kəşfiyyatçını canlandıracaq. Döyüş janrında çəkilən və beynəlxalq layihə olan "Oklarla dans”ın aktyor heyəti artıq atıcılıq dərslərinə də başlayıb.

 


Вернуться назад