Главная > GÜNDƏM > Suriyanı bölən plan: Kimə hansı ərazi veriləcək?

Suriyanı bölən plan: Kimə hansı ərazi veriləcək?


29-02-2016, 21:25.
Suriyanı bölən plan: Kimə hansı ərazi veriləcək?
Suriyada 5 il davam edən daxili müharibədən sonra Rusiya və ABŞ-ın rəhbərliyi ilə atəşkəsin əldə edilməsi özü ilə cavabsız suallar gətirib.

Uluyol.info Cebhe.info-ya istinadən xəbər verir ki, bir tərəfdən atəşkəs rejiminə əməl edilib-edilməyəcəyi müzakirə edilir, digər tərəfdən isə Suriyanın aqibətinin necə olacağına dair qaranlıq məqamlara aydınlıq gətirilməsi gözlənilir. 

Bu arada isə güvənli bölgə və PYD/YPG məsələsi ilə bağlı tutduğu mövqelə daxili müharibəni daha da alovlandırdığı bildirilən ABŞ-ın Suriyanı bölmə planını çoxdan hazırladığı iddia olunur.

ABŞ-ın xəritəsinə görə, Suriya 3 yerə bölünəcək. Ancaq maraqlıdır ki, xəritədə 5 yer göstərilib. Xəritədə daha loyal müxaliflərə və PYD-yə 2, Əsədə isə bir parça torpaq verilir.

Cerablus istisna olmaqla İŞİD-in nəzarətində olan ərazi ilə bağlı hələlik mövqe sərgilənməyib.

ABŞ-ın xəritəsinə görə, Azez-Cebrablus xəttindəki 16 kilometr içərilərə qədər olan bölgə və İdlib loyal müxalifətə veriləcək.

PYD-yə isə hazırda nəzarət etdiyi Afrin və Fırat şərqindəki ərazi veriləcək. Ancaq Afrindən Hələbin şimalı ilə Cerablusun cənubu arasındakı Fırat çayına doğru incə bir xətt cızılıb. Hələb və Türkmən Dağı da daxil olmaqla Əsədin nəzarətində olan Qərbi Surya Əsədə verilir. 

İdlibdə müxaliflərə verilən ərazinin isə dünya ilə bütün əlaqələri kəsilir. Xəritəyə əsasən bölgə PYD və Əsəd rejimi tərəfindən mühasirəyə alınmış vəziyyətdədir.


Вернуться назад