Главная > Maraqlı > Plastik qablardan istifadə qadağan olundu

Plastik qablardan istifadə qadağan olundu


28-03-2019, 14:20.

          Plastik qablardan istifadə qadağan olundu

 

Avropa Parlamenti dənizlərin çirklənməsinə ən çox səbəb olan plastik və birdəfəlik istifadə üçün nəzərdə tutulan boşqab, bıçaq, çəngəl, fincan, şar çubuqları, qida qabları, qulaq pambıqları kimi məhsulların istifadəsini qadağan edən qanun qəbul edib.

Publika.az xəbər verir ki, qanun 2021-ci ildən etibarən qüvvəyə minəcək.

Bu tarixdən sonra sözügedən məhsullardan Avropa İttifaqına daxil olan ölkələrdə istifadə olunmayacaq.

Qərarda həmçinin, 2029-cu ilə qədər plastik su şüşələrinin 90 %-nin toplanılması, 2025-ci ilə qədər birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik şüşələrin 25, 2030-cu ilə qədər 30%-nin yenidən emala göndərilməsi də nəzərdə tutulub.

 


Вернуться назад