Главная > Mövqe > “Mərkəzi Bankın ehtiyatları azalır” - Ekspert

“Mərkəzi Bankın ehtiyatları azalır” - Ekspert


29-02-2016, 15:13.

Bu ay Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında təxminən 370 milyon dollar azalma olacaq və ehtiyatlar 4 milyard dollara yaxınlaşacaq. 

Qaynar.info xəbər verir ki, bu barədə məlumatı "Facebook” sosial şəbəkəsindəki profilində iqtisadçı-ekspert Samir Əliyev bildirib. Mütəxəssis AMB-nin son günlər hərraca tələbatdən az dollar çıxarmasını da şərh edib. Samir Əliyev bildirib ki, AMB valyuta ehtiyatlarının psixoloji həddən – 4 milyard dollardan aşağı düşməsini istəmir. Qurumun valyuta satışını azaltması fonunda isə bankların dollar tələbində artım müşahidə edilir.


Вернуться назад