Bəybala Hüseynovun "200 min dollarlıq yalanı”-QALMAQAL
Ölkədə baş verən son proseslər, Prezidentin başlatdığı
inqilabi islahatlar paketi çoxlarının yuxusuna haram qatıb. "Ah necə kef çəkməli
əyyam idi” xülyası ilə yaşayan, tutduğu vəzifədə əslində özfəaliyyətlə məşğul
olan, dövlət maraqlarını şəxsi maraqlarına qurban verənlər üçün çətin dönəm
başlayıb. Rəhbərlik etdiyi sahəyə "yağlı toçka” gözüylə baxan məmurlar
islahatlarla barışmaq istəmir, tezliklə öz keçmişlərinin gələcəklərinə balta
çalacağını bildikləri üçün təlaşlanır, son çabalarını sərf edirlər. Təbii ki,
sınanmış vasitələr işə düşür-iftiralar, böhtanlar at oynadır...
Hakimiyyətdə hələ də mühüm mövqelərini qoruyan bəziləri diqqətləri öz üzərlərindən
yayındırmaq üçün komandanın layiqli üzvlərinə hücumlar təşkil edir, mətbuatda
sifarişli "qara piar” kompaniyası aparırlar. Xüsusilə son dövrlərdə Baş
Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli
Nağıyev haqqında xüsusi canfəşanlıqla təşkil edilən belə "qara piar”
kompaniyasında yeni-yeni "kompramatlar” üzə çıxır. Görünür Əli müəllimin təmsil
etdiyi qurumun adındakı ifadədən qorxan, bir gün orada keçmişinə görə
sorğu-sual oluna biləcəyini düşünənlər zamanı qabaqlamaq, hadisələrin axarını dəyişmək
arzusuna düşüblər. Nədənsə əzilən, haqqı tapdalanan qismində meydana çıxan belə
"həqiqət carçıları” müxtəlif media vasitələrində hətta ən iyrənc vasitələrdən,
mənəviyyata xas olmayan üsullardan istifadə etməklə Ə.Nağıyev barəsində
iftiralar səsləndirirlər. Son günlər KİV-lərin belə "kövrək” qəhrəmanlarından
birinə çevrilən Badamdar bələdiyyəsinin sabiq sədri Bəybala Hüseynov özünü
"qurban” qismində təqdim etməklə əslində daha böyük güclərin çirkin
maraqlarının "qurbanlığı” olduğunu sərgiləyir. Hətta məqsəd o qədər çirkindir
ki, B. Hüseynov böhtanlara vəfat etmiş oğlunu da alət etməkdən çəkinmir, onun
faciəsi üzərindən şou düzəldir. B.Hüseynov Azərbaycan Respublikasının Baş
prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçmiş əməkdaşı
olan öğlu Emin Hüseynovun Türkiyədə vəfat etməsini dövləti cinayət səviyyəsinə
qaldırır, hətta bunun az qala dövlətlərarası gərginliyə səbəb ola biləcəyini
iddia edir. Övladını itirmiş ata kimi onun faciəsinə, dərdinə şərik oluruq,
amma bundan hansısa məqsədlər naminə istifadə edilməsi başa düşülən deyil.
B.Hüseynov oğlunu işə qəbul etdirmək üçün guya yüksək məbləğdə (200 min dollar)
rüşvət verdiyini iddia edir, həmin pulu "qohum-əqrabadan” toplayaraq düzəltdiyini
bildirir. Lakin, xoruzun quyruğu ittihamın başqa qismində üzə çıxır. Belə ki,
iddia edilir ki, guya Ə.Nağıyev B.Hüseynova deyib ki, "Badamdardakı boş torpaq
sahələrini al bizə ver”. Bəlkə də bu məqama xüsusi diqqət ayırmağa ehtiyac
duyulmazdı. Amma nəzərə alsaq ki, B.Hüseynov Badamdar bələdiyyəssinin sədri vəzifəsində
çalışıb, onda Badamdarın "boş torpaq sahələri” məsələsinə bir az diqqət yetirməyə
ehtiyac yaranır.
Xatırladaq ki, Badamdar bələdiyyəsi paytaxtın ən varlı və ən gəlirli bələdiyyələrindən
biri hesab olunur. Hüseynov Bəybala Qaraş oğlunun Badamdar bələdiyyəsinin sədri
olduğu dövrdə bələdiyyə əmlakının qanunsuz istifadə olunması, qanunsuz alqı-satqısının
həyata keçirilməsi, mülkiyyətin alqı-satqı prosesində onun düzgün qiymətləndirilməməsi
nəticəsində bələdiyyə büdcəsinə külli miqdarda ziyan vurulub. Eyni zamanda onun
sədrliyi dövründə Badamdar ərazisində "açıq bazar " prinsipi hökm sürüb, bələdiyyənin
torpaqları eninə-uzununa satışa çıxarılıb. Oğlunu işə düzəltmək üçün pulu
"qohum-əqrabadan” toplayan B.Hüseynov bu yolla milyonlara sahib olub, çoxsaylı
obyektlər ələ keçirib.
Qısa araşdırma aparmaqla əldə etdiyimiz məlumata görə, bələdiyyə sədri olduğu
dönəmdə Bəybala Hüseynov torpaqların vətəndaşlar tərəfindən zəbt olunduğunu əsas
gətirərək, bu torpaqları alqı-satqı qaydasında müvafiq icra hakimiyyəti
orqanlarının rəyi olmadan sənədləşdirib. Bir çox hallarda elektrik xətləri, o
cümlədən mühafizə zolaqları altında olan torpaqları alqı-satqı yolu ilə artıq rəsmiləşdirilib.
Və maraq doğuran hal odur ki, bu torpaqlar bələdiyyənin cizgi əsasında mülkiyyətinə
verilən torpaqlardan xeyli aralıdadır. Birinci, ikinci və üçüncü yaşayış
massivlərində onlarca belə torpaq sahələri var ki, onlar bələdiyyəyə aid
olmadığı halda zamanında B.Hüseynov özbaşına olaraq bu torpaqların
alqı-satqısını aparıb.
Həmçinin B.Hüseynovun çoxmərtəbəli yaşayış binalarının mühafizə zonalarında
qanunsuz olaraq qarajların və fərdi evlərin tikintisinə də icazə verdiyini
deyilənlərə əlavə etsək, onda zamanında Badamdar bələdiyyəsində hansı səviyyədə
mənimsəmə hallarının olduğunu təsəvvür etmək olar. Göründüyü kimi, Badamdar bələdiyyəsində
"boş torpaq” əməliyyatını zamanında "uğurla gerçəkləşdirən”, hər qarış torpağa
gəlir mənbəyi kimi baxan B.Hüseynov bu gün paxırının açılacağından qorxaraq öz
cinayətlərinə ortaq axtarır. Həm də bunun üçün elə bir hədəf seçir ki, plan baş
tutarsa əməllərini tamamilə pərdələyə bilsin.
Maraqlıdır ki, 200 min dolları toplamaq üçün bütün qohum-əqrəbanı səfərbər
etdiyini söyləyən B.Hüseynovun tək Badamdar ərazisində şadlıq evlərinin, mərasim
zallarının, dəyəri çox böyük məbləğlərlə hesablanan torpaq sahələrinin olduğu
bildirilir. Onlardan biri əvvəllər "İbrahim" şadlıq evi kimi, indi mərasim
zalı kimi fəaliyyət göstərir, o da uşaq bağçasının üstündə inşa edilib. Digəri
isə "Bəyoğlu" şadlıq sarayıdır. Adıçəkilən şadlıq evi Badamdar qəsəbəsində
düz yol kənarında yerləşir və çox böyük ərazini əhatə edir. Ümumiyyətlə,
Badamdarda "Bəybalanın obyektləri” kimi tanınan çoxsaylı belə tikililər
mövcuddur. Lakin həmin obyektlərin əksəriyyəti Bəybalaya 200 min dolları
toplamaqda köməklik edən qohumlarının adına rəsmiləşdirilib. Həmçinin
B.Hüseynovun Badamdarda bir neçə yaşayış kompleksi inşa etdirdiyi də
bildirilir. Göründüyü kimi, onun sədrliyi dövrü necə də "zəngin xatirələrlə”
doludur. Belə "zəngin iş təcrübəsinə” malik olan birisinin bu gün özünü
hüquqları tapdalanan, zavallı qismində qələmə verməsi, heç bir əxlaqi dəyərə
sığmadan övladının faciəsi üzərindən şou qurması anlaşılan deyil. Hansı
maraqlara qulluq etdiyini bəlkə də düz-əməlli bilməyən B. Hüseynovun dövlətə sədaqətlə
xidmət edən, onun kimilərin əməllərini ifşa etməklə qarşılarına sədd çəkən
Ə.Nağıyevi hədəf seçməsi isə bumeranq effekti yaradır. Öz faciəsi üzərində şou
düzəltməyin, böhtan atmağın başqa bir faciə olduğunu dərk etməmək isə....Nə isə
!
Rubrika.Az
Вернуться назад
|