Главная > İqtisadiyyat > Venesuela və Rusiyanın neft nazirləri Bakıda görüşəcək

Venesuela və Rusiyanın neft nazirləri Bakıda görüşəcək


17-03-2019, 18:11.

                 Venesuela və Rusiyanın neft nazirləri Bakıda görüşəcək

 

Venesuelanın neft sənayesi naziri Manuel Kevedo Bakıda Rusiyanın energetika naziri Aleksandr Novakla görüşəcəyini bildirib.

"Report” TASS-a istinadən xəbər verir ki, görüş Bakıda OPEC+ ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) iclası çərçivəsində keçiriləcək.

"Bəli, biz onunla da (Novakla. — red) görüşəcəyik. İndi mən [OPEC-in] baş katibi [Məhəmməd] Barkindonun görüşünə gedirəm", - deyə Kevedo bildirib.

 

 

Daha əvvəl Venesuela neft nazirinin Bakıda keçiriləcək OPEK+ sammitində iştirak edəcəyi xəbər verilmişdi.


Вернуться назад