Главная > Siyasət > Müsavat Partiyası nekroloq yaydı

Müsavat Partiyası nekroloq yaydı


29-02-2016, 20:51.
Müsavat Partiyası nekroloq yaydı
Müsavat Partiyası Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandiri Sərdar Həmidovla bağlı nekroloq yayıb. Nekroloqda deyilir: 
 
"Tərtər rayonunun keçmiş icra başçısı, Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandiri Sərdar Həmidov vəfat edib.
 
Sərdar Həmidov ərazi bütövlüyümüz uğrunda döyüşlərdə bilavasitə iştirak etmiş, xüsusilə Tərtər rayonunun müdafiəsi, Ağdərə rayonu ərazilərinin silahlı quldur dəstələrindən təmizlənməsi uğrunda fədakar mübarizəyə rəhbərlik edənlərdən biri idi. O, Qarabağ uğrunda döyüşlərdə yaralanmış, sağlamlığını itirmişdi.
 
Sərdar Həmidov uzun illər yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi. Vətən torpağının hər qarış torpağı uğrunda canını fəda verməyə hazır olan Sərdar bəyin xatirəsi qədirbilən, vətənsevər insanların qəlbində daim yaşayacaq.
 
Məkanın cənnət olsun, Sərdar bəy.
 
Allah rəhmət eləsin!”

Uluyol.info
Вернуться назад