Главная > Problem > Tural Abbaslının daha bir müşahidəçisi qovuldu

Tural Abbaslının daha bir müşahidəçisi qovuldu


1-11-2015, 16:16.
Tural Abbaslının daha bir müşahidəçisi qovuldu
 
21 saylı Nəsimi seçki dairəsində axşam saatlarında müşahidəçilərin məntəqələrdən çıxarılmaları prosesi sürətlənib. Xüsusilə namizəd Tural Abbaslının müşahidəçiləri bir-birinin ardından məntəqələrdən zorla çıxarılırlar. 3 saylı məntəqədə bu hal yaşanıb. Maqsud Maqsudlu seçki saxtakarlığına etiraz etdiyi üçün məntəqə sədrinin göstərişi ilə polislər onu zorla çıxarıblar.

Qeyd edək ki, gün ərzində T.Abbaslının   5 nəfər müşahidəçisi məntəqədən qovulub. Hətta, müşahidəçi İlkin Əliyev polisə aparılıb, iki saatdan sonra sərbəst buraxılmışdı.


Cavanşir ABBASLI
Musavat.com

Вернуться назад