Главная > Kriminal > Bakıda cinayətkar dəstə evə basqın edib

Bakıda cinayətkar dəstə evə basqın edib


11-03-2019, 21:09.

                  Bakıda cinayətkar dəstə evə basqın edib

 

Martın 10-da Nəsimi rayonu ərazisində kirayədə yaşayan Daşkəsən rayon sakini N.Tağıyev 20-ci Polis Bölməsinə müraciət edərək martın 8-də evinə gəlmiş 3 nəfər tərəfindən döyüldüyünü, 1900 manat pulunun və avtomobil açarının əlindən alındığını bildirib.

DİN mətbuat xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırma aparılıb.

Nəsimi RPİ 20-ci Polis Bölməsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə sübhəli bilinən Gəncə şəhər sakini R.Məmmədov və Samux rayon sakini, əvvəllər məhkum olunan E.Həsənli Gəncə ərazisində müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

 


Вернуться назад