Главная > Siyasət > Türkiyə rus xalqına başsağlığı verdi

Türkiyə rus xalqına başsağlığı verdi


29-02-2016, 00:48.
Türkiyə rus xalqına başsağlığı verdi
Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyada Komi Respublikasının Vorkuta şəhəri yaxınlığında yerləşən "Severnaya” şaxtasında baş verən partlayış zamanı həlak olanların ailələrinə başsağlığı verib.

Virtualaz.org bildirir ki, bu barədə Türkiyə XİN-in saytı məlumat yayıb.

"Biz Rusiya xalqına, o cümlədən həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzu edirik", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, "Severnaya” şaxtasında baş verən partlayış zamanı dağıntılar altında qalan 26 nəfərin həlak olduğu açıqlanıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Vladimir Puçkov deyib ki, sağ qalanların olduğuna ümid yoxdur: "Biz mədənin qəzalı hissəsində yaranan vəziyəti nəzərə alaraq orda sağ qalanların olmadığını qeyd etməyə məcburuq. 26 mədənçinin olduğu ərazidə yüksək hərarət qeydə alınıb və orada oksigen yoxdur".

Вернуться назад