Главная > Problem > Şəhərin mərkəzində hər an uçma təhlükəsi olan evlər - Fotoreportaj

Şəhərin mərkəzində hər an uçma təhlükəsi olan evlər - Fotoreportaj


10-03-2019, 21:47.

             Şəhərin mərkəzində hər an uçma təhlükəsi olan evlər -Fotoreportaj

 

Bakı tarix boyu öz fərqliliyi ilə seçilib. Bir tərəfində alçaq, köhnə, ensiz küçələr digər tərəfdən isə müasir hündür mərtəbəli binalar bir birini əvəz edir. Son dönəmlər köhnə dediyimiz küçələr və tikililər də demək olar ki, gözə dəymir. Çünki artıq bir çoxları ya tamamilə bərpa edilib ya da üz fasadı dəyişdirilərək müasir vəziyyətə gətirilib. Bu da yerli və bura gələn turistlərin diqqətini çəkir.

Lakin, bərpa olunan, müasir binaların, tikililərin arasında bəzən yaradıldığı gündən bu günə kimi gəlib çıxan yararsız, az qala uçub dağılacaq vəziyyətində olan evlərə də rast gəlirik. Fotolardan da gördüyünüz kimi bu tikililər hansısa ucqar kənddə deyil, məhz şəhərin ən gur məskunlaşan, hərəkətin sıx olan mərkəzi küçələrində çəkilib.

Bu cür tikililər nəinki şəhərin görüntüsünü pozur, eyni zamanda insanlar üçün təhlükə mənbəyinə çevrilib. Ən təhlükəliləri isə eyvanı şəhərə açılan evlərdir. Evlərin divarları uzun zamandır baxımsızlıqdan yararsız hala düşüb, şüşələri sınmış, eyvanlarının döşəməsindəki taxtalar isə artıq çürüyüb və hər an ayaq basılsa uçub dağılacaq dərəcədədir.

Bu eyvanların altından hər gün yüzlərlə, minlərlə insan hərəkət edir. Digər qorxulu bir məqam isə dükanların, dönərxanaların və digər obyektlərin də burada fəaliyyət göstərməsidir.

Ümid edirik ki, şəhərin mərkəzində yerləşən qəzalı vəziyyətdə olan evlər bərpa olunacaq. Əks təqdirdə bədbəxt hadisə qaçılmazdır.
Elçin Əkbərov,

Musavat.com

 


Вернуться назад