Главная > Siyasət > Rusiya ordusu ABŞ-ın “Troya atı”strategiyasına hazırdır- Baş qərargah

Rusiya ordusu ABŞ-ın “Troya atı”strategiyasına hazırdır- Baş qərargah


2-03-2019, 23:28.

           Rusiya ordusu ABŞ-ın "Troya atı”strategiyasına hazırdır- Baş qərargah

 

Lakin ordu rəsmiləri ən çox ölkə daxilindəki siyasi müxalifəti təhlükə olaraq görür

ABŞ Rusiyanın daxilində siyasi təzyiq vasitələrini hərbi zərbə ilə birləşdirəcək "Troya atı” adlı strategiya işləyib hazırlayır.

Musavat.com xarici agentliklərə istnadən xəbər verir ki, bu barədə Rusiya silahlı qüvvələrinin baş qərargah rəisi general Valeri Gerasimov bəyan edib.

V.Geraimovun fikrincə, bu planın əsas mahiyyəti "5-ci kolon”un etiraz potensialından aktiv şəkildə istifadə olunması ilə eyni vaxtda ən vacib obyektlərə yüksək sərrastlığı olan silahlarla zərbə endirilməsindən ibarətdir.

Onun sözlərinə görə, Rusiya hərbi rəhbərliyi bu taktikaya qarşı "aktiv müdafiə strategiyası” işləyib hazırlayır.

"Həmin planla bağlı görüləcək tədbirlər hərbi alimlərin elmi fəaliyyətinin nətcəsində meydana çıxacaq. Bu dövlətin təhlükəsizliyinin təmin olunmasının əsas istiqamətlərindən birinə çevriləcək. Biz düşmənin hərbi strategiyanın inkişafında qabaqlamalı və bir addım öndə olmalıyıq,”-deyə rus general vurğulayıb.

Xatırladaq ki, "Troya atı” adı verilən, düşmən ərazisinə gizli müdaxilə ilə bağlı hərbi strategiya ilk dəfə ABŞ hərbi-hava qüvvələrinin qərargah rəisi general Devid Qoldfeyn tərəfindən Brukinq araşdırma intitutunda açıqlanıb.

Lakin ABŞ generalının çıxışında hər hansı daxili siyasi müttəfiq və ya sabitliyi pozmaq cəhdləri barədə cümlə səslənməyib. O sırf hərbi metodlarla, F-35 qırıcı təyyarələrinin köməyi ilə düşmənin quru, dəniz və hava ərazisinin dərinliklərinə qədər getmək taktikası barədə danışıb.

"Belə savaşda yalnız təyyarə və sualtı qayıqlar deyil, quru qoşunları da görünməz olmağı bacarmalıdır”,-deyə Qoldfeyn bildirib.

Musavat.com

 


Вернуться назад