Главная > Siyasət > Venesuelanın prezidenti elan olunan müxalifət lideri ölkəyə qayıtmaqdan çəkinir

Venesuelanın prezidenti elan olunan müxalifət lideri ölkəyə qayıtmaqdan çəkinir


2-03-2019, 22:19.

            Venesuelanın prezidenti elan olunan müxalifət lideri ölkəyə qayıtmaqdan çəkinir

 

Venesuelanın özünü prezident elan edən müxalifət lideri Xuan Quaydo vətənə ayaq basdığı anda tutulacağından və ya öldürüləcəyindən ehtiyat edir.

Bununla belə, X.Quaydo Braziliya prezidenti Jair Balsonaru ilə görüşündə ən gec gələn həftənin 1-ci günü Venesuelaya geri dönəcəyini söyləyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, müxalif lider həyatı üçün çəkindiyini gizlətməyib. "Aydındır ki, risk həmişə var. Biz bunu dərk edirik, lakin irəliyə də baxırıq. Mənim nəslim bu diktaturada böyüyüb, lakin artıq gələcəyin qədəmlərini hiss etməliyik”,-deyə X.Quaydo söyləyib.

Qeyd olunur ki, Xuan Quaydo Braziliyaya Kolumbiyanın hərbi-hava qüvvələrinə məxsus təyyarədə gəlib.

Lakin onun sözlərinə görə, Nikolas Maduronun əlində silahdan başqa bir şey qalmayıb. Quaydo Venesuela ordusunun kəşfiyyat və əks-kəşfiyyat bölümündə minlərlə kubalının olduğunu bildirərək bu səbəbdən silahlı qüvvələrin Çaves-Maduro rejimindən üz döndərməyə hazır olmadığını ifadə edib.

Venesuela siyasətçisi ordudan qaçan bütün fərarilərə də təminat veriləcəyini vurğulayıb. Buna rəğmən o, çıxış yolu kimi ölkəyə xarici hərbi müdaxilə məsələsinə aydınlıq gətirməyib: "Bu gün Venesuelanın qarşısında hərb və sülh, bir ideologiya və ya digər ideologiya kimi dilemma dayanmayıb. Venesuelnın dilemması demokratiya və ya diktatura, xalqın səfaləti və ya dövlətin çiçəklənməsidir,”.

Jose Balsonaru isə Quaydonun tezliklə ölkədə solçulaırn populizminə və ucuz demaqogiyasına son verəcəyinə ümid etdiyini söyləyib.

Qeyd olunur ki, Brazliya hökuməti Xuan Quaydo ilə davranışında olduqca həssas davranıb. Rəsmi Braziliyanın prezident kimi tanımasına rəğmən X.Quaydo dövlət başçısı səviyyəsində qəbul edilməyib və o, Planalto sarayına kənar girişdən daxil olub.

 


Вернуться назад