Главная > Problem > İlhamiyyə Rzanın müşahidəçisini polis saxladı və...

İlhamiyyə Rzanın müşahidəçisini polis saxladı və...


1-11-2015, 16:09.

Deputatlığa namizəd İlhamiyyə Rzanın 17 saylı Yasamal üçüncü seçki dairəsinin 16 saylı seçki məntəqəsində birlikdə səs verməyə gələn iki xanım arasında maraqlı dialoq yaşanıb. İlhamiyyə Rzanın 17 saylı seçki məntəqəsindəki müşahidəçisi Vasif Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Səbəb onun müşahidəçi olduğu məntəqədə aktın yazılması və V.Həsənovun həmin akta qol çəkməməsi olub.

Akt isə musavat.com-un reportyorunun apardığı çəkilişə görə olub. Həmin çəkilişdə məntəqədə seçki saxtakarlığının olması əks olunurdu.

Daha sonra polis əməkdaşları müşahidəçini buraxıblar. Polis əməkdaşları müşahidəçinin saxlanması və sonradan buraxılması haqda məlumat vermək istəməyiblər
 
İlhamiyyə Rzanın müşahidəçisini polis saxladı və....



Вернуться назад