Главная > Kriminal > 37 yaşlı qadın özünü öldürmək istədi

37 yaşlı qadın özünü öldürmək istədi


28-02-2016, 15:49.

Bərdə rayonunun Xanərəb kəndində qadın kimyəvi maddə içərək intihara cəhd edib.

Uluyol.info Report-a istinadən xəbər verir ki, 37 yaşlı yerli sakin Rəsmiyyə Həsənova kənd təsərrüfatında ziyanvericilərə qarşı istifadə olunan maddəni qəbul edərək özünə qəsd etmək istəyib.

Yaxınları hadisədən dərhal xəbər tutub. Qadın xəstəxanaya çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən zərərçəkənin həyatını xilas etmək mümkün olub.

Hadisə ilə bağlı rayon Polis şöbəsində araşdırma aparılır.


Вернуться назад