Главная > Siyasət > Bağdadinin arvadi qaçdı: İŞİD axtarışa başlayıb

Bağdadinin arvadi qaçdı: İŞİD axtarışa başlayıb


28-02-2016, 23:46.

İŞİD terrorçuları İraqda qruplaşmanın rəhbəri Əbubəkr əl-Bağdadinin arvadlarından birinin axtarışına başlayıblar. lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, bu barədə Əs-Sumariyə telekanalı xəbər yayıb.

Milliyyətcə alman olan Diana Kryuqer ölkənin şimalındakı Naynava əyalətində düşərgələrdən birindən naməlum şəraitdə yoxa çıxıb. O, özünün iki köməkçisi ilə birlikdə itkin düşüb.

Əl-Bağdadi xanımının yerini müəyyənləşdirmək üçün elit dəstələrdən birini ayırıb.

Xanım Kryuqerlə Bağdadinin toyu ötən ilin oktyabrında Naynavada ciddi məxfilik şəraitində keçirilib. Toydan sonra Diana Kryuqer İŞİD-in qadınlar üzrə şəriət məhkəməsinin sədri vəzifəsini icra edirmiş.


Вернуться назад