Главная > Siyasət > Türkiyədə bələdiyyə seçkilərində iştirak edəcək partiyaların adları açıqlanıb

Türkiyədə bələdiyyə seçkilərində iştirak edəcək partiyaların adları açıqlanıb


3-01-2019, 23:03.

       Türkiyədə bələdiyyə seçkilərində iştirak edəcək partiyaların adları açıqlanıb

 

Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində 13 partiyanın namizədləri mübarizə aparacaq.

"Report” "Hurriyet”ə istinadən xəbər verir ki, siyahını ölkənin Ali Seçki Şurası açıqlayıb.

Bunlar hakim Ədalət və İnkişaf Partiyası, Müstəqil Türkiyə Partiyası, Böyük Birlik Partiyası, Cümhuriyyət Xalq Partiyası, Demokratik Partiya, Demokratik Sol Partiya, Xalqların Demokratik Partiyası, Hür Dava Partiyası, İyi Partiya, Milliyyətçi Hərəkat Partiyası, Səadət Partiyası, Türkiyə Kommunist Partiyası və Vətən Partiyasıdır.

Şuradan bildirilib ki, bələdiyyə üzvlüyünə namizədlərin siyahısı martın 3-dək açıqlanacaq.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri martın 31-də keçiriləcək.

 


Вернуться назад