Главная > Maraqlı > İqbal Ağazadənin seçicisi seçki məntəqəsində aldadıldı - FOTOLAR

İqbal Ağazadənin seçicisi seçki məntəqəsində aldadıldı - FOTOLAR


1-11-2015, 15:58.
İqbal Ağazadənin seçicisi seçki məntəqəsində aldadıldı - FOTOLAR
 
35 saylı Xətai ııı seçki dairəsinin 5 saylı seçki məntəqəsində mübahisə yaşanıb. Reyhan Nadirova adlı seçicinin səsvermə hüququ olduğu halda seçki komissiyası tərəfindən ona səs verməsinin mümkün olmadığını bildiriblər. 

Belə olan halda seçici ilə komissiya üzləri arasında qalmaqal yaranıb. Sədrin dediyinə görə, həmin şəxs Xırdalan şəhərində yaşayır. "Jek"dən arayışı olsa da, bu ərazidə yaşasa belə, keçərli deyil. Həmin şəxsin adı seçki siyahısında yoxdur.
 
Seçici Reyhan Nadirova ilə komissiya üzvləri arasına uzun sürən mübahisə ətrafdakı seçicilərə mane olub. Bu zaman komissiya sədri seçicini aldadaraq saxta səsvermə keçirib. Exit-poll keçirilən qutunu gətirdərək ona səsvermə qutusu kimi təqdim edib. Seçici qutunun həqiqi olduğunu zənn edib səsverib. 

Bu yolla yaşlı seçicini səs verdiyinə inandırıblar. Seçici müşahidiçilərin gözü önündə namizəd iqbal Ağazadəyə səs verib.

Məğrur Salmanov

 








 
43 DƏFƏ OXUNUB

Вернуться назад