Главная > Ölkə > “Kənan İşık ölməyib“ - ailəsindən açıqlama

“Kənan İşık ölməyib“ - ailəsindən açıqlama


28-02-2016, 20:19.

bitmap-img6

Bu gün türkiyəli aktyor-aparıcı Kənan İşıkın ölüm xəbəri yayılıb

 


Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu barədə xəbəri Beşiktaş Bələdiyyə başqanı Murad Hazinedar sosial şəbəkədə yazıb. Kənanın yaxınları isə jurnalistlərə açıqlama verərək onun səhhətində bir dəyişiklik olmadığını və yaşadığını deyib. 

Murad Hazinedar sosial şəbəkədə yazdığı statusa aydınlıq gətirib. O, "Hazırda xaricdəyəm. Sözügedən statusu köməkçim yazıb. Hadisə ilə bağlı heç bir xəbərin yoxdur. Yalan xəbər yayan köməkçim cəzasını alacaq" deyə, bildirib.

Qeyd edək ki, Kənan İşık 2014-cü ilin mart ayında idman zalında yıxılaraq başından zədə almışdı. Aparıcı 1,5 ildir komadadır.


Вернуться назад