Buzovnadakı uşaq evindən ŞOK görüntülər - FOTOLAR
Uluyol.az xəbər verir ki, 27 dekabr 2018-ci il tarixində BDU-nun Jurnalistika
fakultəsinin bir qrup tələbəsi Buzovna qəsəbəsində yerləşən "Gindes” uşaq
internat evindəki kimsəsiz uşaqları ziyarət edib. Tələbələr bu uşaqları müxtəlif
şirniyatlarla, hədiyyələrlə, geyim əşyalarıyla, oyuncaqlarla, musiqilərlə
onları sevindirməyə çalışıblar.
Lakin internat evindəki vəziyyət tələbələrin diqqətindən də yayınmayıb. Sözügedən
fakultənin 2-ci kurs tələbəsi Lalə Nizam öz "Facebook” səhifəsində
internat evindəki vəziyyəti əks etdirən foto və video görüntülərini yayıb.
Məlumatda qeyd olunur ki, internatda antisanitar vəziyyət hökm sürür:"Uşaqların normal və sağlam yaşamasıüçün demək olar ki, heç bir şərait
yoxdur. Yataq otaqlarındakı pəncərələr sınıq, divarlar isə çat vermiş və
tökülmüş haldadır. Uşaqların çarpayıları üzlüksüz və çirkab içindədir.Mətbəx
demək olar ki, yoxdur, qab-qacaqlar, stəkanlar və digər məişət əşyaları sözün əsl
mənasında çirkab içindədir. Hamam və ayaqyolu isə sözlə ifadə edə bilməyəcəyim
bir haldadır. Ətrafı bürüyən antisanitar vəziyyət, otaqlardan, ayaqyolundan və
həmçinin uşaqların geyimlərindən gələn pis qoxular sözün əsl mənasında xəstəlik
saçır”.
Uşaqlara yeterincə qulluq,qayğı, diqqət göstərilmir, əksinə
"müəllimə” adlandırdığımız dırnaqarası baxıcıların uşaqlarla sərt və etikadan kənar
davranışlarının açıq şahidi olmaq olur. Bundan əlavə internat evinin həyətində
loru dildə desək "Bayquş ulayır”. Uşaqların oynaması, əylənməsi üçün heç bir şərait
yoxdur.
Bir sözlə gələcəyimiz təhlükədədir. Bir insan olaraq, gələcəyin jurnalisti
olaraq və ən əsası da Azərbaycan Respublikasının vətəndaşı olaraq aidiyyatı
qurumlardan bu vəziyyətə biganə qalmamaqlarını xahiş edirəm. Çünki uşaqlar
bizim gələcəyimizdir. Mən gələcəyimizin sual altında qalmağını istəmirəm. Xahiş
edirəm bu vəziyyətə biganə qalmayaq və bacardığımız qədər bu məlumatı
paylaşaq…”
Uluyol.az
Вернуться назад
|