Главная > İqtisadiyyat > Bayramqabağı qızıl və gümüş bahalaşdı

Bayramqabağı qızıl və gümüş bahalaşdı


29-12-2018, 08:07.

          Bayramqabağı qızıl və gümüş bahalaşdı

 

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, dekabrın 28-də qızılın qiyməti dekabrın 27-i ilə müqayisədə 13,583 manat ataraq 1 unsiya üçün 2172,0645 manat təşkil edib.

Gümüş 0,3935 manat bahalaşaraq 1 unsiya üçün 25,9573 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 3,927 manat azalaraq 1357,518 manat, palladiumun qiyməti isə 2,0145 manat artaraq 2154,75 manat təşkil edib.

 

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

 


Вернуться назад