Главная > Səhiyyə > Xərçəng riskini azaldan ədviyyat - 8 həftəlik resept

Xərçəng riskini azaldan ədviyyat - 8 həftəlik resept


29-12-2018, 12:58.

           Xərçəng riskini azaldan ədviyyat -8 həftəlik resept

Amerikada kardioloji jurnalda dərc olunan bir araşdırmaya görə, infarkt riskini azaldan bir ədviyyat ortaya çıxıb.

Uluyol.az teleqraf.com-a istinadən xəbər verir ki, aparılan araşdırma zərdəçaldan (sarıkök) istifadənin insanın ürək və damar sağlamlığına aerobik məşq qədər yaxşı təsir göstərdiyini tapıb.

Antioksidanlarla zəngin olan bu ədviyyatın yaşlanmanın qarşısını alan xüsusiyyətləri də məlum olub.

Zərdaçalın orqanizmə çox xeyri var. Beyni qoruyur, iltihablanmanın qarşısını alır və bədəni xərçəng riskinə qarşı qoruyur.

Ürəyimizin sağlamlığını qorumaq üçün hər gün 150 qram zərdəçal istifadə etmək lazımdır. Amma bu müddət yalnız 8 həftə çəkməlidir.

Qeyd edək ki, gündəlik bir çay qaşığı zərdəçaldan istifadə edə bilərsiniz. Yaxud zərdəçal tərkibli kapsullardan da istifadə etmək olar.

 

Uluyol.az

Вернуться назад