Главная > Maraqlı > Qapıçı öz qapısına qol vurdu

Qapıçı öz qapısına qol vurdu


28-12-2018, 21:09.

              Qapıçı öz qapısına qol vurdu 

 

İtaliyanın B seriyasının son turunda "Askoli” və "Palermo” klubları arasında keçən matçda "Askoli”nin qapıçısı Filippo Perrukini mövsümün ən kuryoz avtoqollarından birini vurub.

 

Unikal.org xəbər verir ki, müdafiəçi topu qapıçıya ötürdükdən sonra Perrukini topu uzaqlaşdırmaq əvəzinə, pressinq edən "Palermo”lu oyunçunu aldatmağa çalışıb.

Ancaq vəziyyət nəzarətdən çıxıb. Yöndəmsiz hərəkəti ilə topu öz qapısına göndərib. Matçda "Palermo” 3:0 hesabı ilə qələbə qazanıb.

 


Вернуться назад