Главная > Ümumi > "Arsenal"ın sabiq prezidenti vəfat edib

"Arsenal"ın sabiq prezidenti vəfat edib


28-12-2018, 17:41.

             "Arsenal"ın sabiq prezidenti vəfat edib

 

İngiltərənin "Arsenal” klubunun sabiq prezidenti Piter Hill-Vud vəfat edib.

"Report” London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, keçmiş funksioner uzun sürən xəstəlikdən sonra 83 yaşında dünyasını dəyişib. 1962-ci ildən "Arsenal”da çalışan P.Hill-Vud 1982 - 2013-cü illərdə klubun prezidenti olub.

O, postunu səhhətində problem yarandığı üçün tərk edib.

Qeyd edək ki, "Arsenal” cari mövsümdə Avropa Liqasında "Qarabağ”la eyni qrupda yer alıb və hər iki oyunda qalib gəlib (3:0, 1:0).

 


Вернуться назад