Главная > Hadisə > İmişlidə ağır yol qəzası olub, ölən var

İmişlidə ağır yol qəzası olub, ölən var


28-12-2018, 11:20.

                   İmişlidə ağır yol qəzası olub, ölən var

 

İmişli rayonunda ölümlə nəticələnən yol-nqəliyyat hadisəsi baş verib.

"Report”un Mil-Muğan bürosunun məlumatına görə, İmişli şəhərinin H.Əliyev prospektində "VAZ-2106" markalı avtomobilllə rayonun Yalavac kənd sakini, 1968-ci il təvəllüdlü Valeh Mehdi oğlu Mehdiyevin idarə etdiyi Motosiklet toqquşub.

Nəticədə ağır kəllə-beyin travması alan V.Mehdiyev İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində dünyasının dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад