Главная > Hadisə > Metroda cibgir yaxalandı

Metroda cibgir yaxalandı


28-12-2018, 12:58.

                     Metroda cibgir yaxalandı

 

Dekabrın 27-də Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın dekabrın 24-də metronun "Gənclik” stansiyasının platformasında cibindən mobil telefonunun oğurlandığını bildirib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Hafiz Hüseynov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад