Главная > Ümumi > Pekində universitet ərazisində partlayış olub

Pekində universitet ərazisində partlayış olub


26-12-2018, 12:35.

            Pekində universitet ərazisində partlayış olub

 

Çində Pekin Nəqliyyat Universitetinin ərazisində partlayış baş verib. Trend-in məlumatına görə, partlayış universitetin kampusu ərazisində tələbə laboratoriyasının ikinci binasında olub.

Xəsarət alanlar barədə hələlik məlumat verilməyib.

Partlayışın ardınca binada yanğın baş verib. Hadisənin səbəbləri məlum deyil.

 


Вернуться назад