Главная > Region > Sumqayıtda müşahidəçilərə təzyiq edilir

Sumqayıtda müşahidəçilərə təzyiq edilir


1-11-2015, 15:47.
 
Məntəqələr açıldı - Səsvermə başladıDörd gənc valideynlərinin işdən, özlərinin isə universitetlərdən  çıxarılacağı ilə hədələnib

 

Səsvermə günü ərəfəsində icra hakimiyyəti  REAL Hərəkatının üzvü, 42 saylı Sumqayıt ikinci dairəsindən deputatlğa namizəd Hafiz Babalını təmsil edən müşahidəçilərə və məntəqə seçki komissiyalarının məsvərətçi səs hüquqlu üzvlərinə təzyiqlər göstərib.

Dörd gənc valideynlərinin işdən, özlərinin isə universitetlərdən  çıxarılacağı ilə hədələnib, H.Babalı bildirib.

Hədələrdən sonra müçahidəçilər öz funksiyalarını yerinə yetirməkdən imtina ediblər. Eyni zamanda seçki məntəqələri hökumətyönlü QHT-lərdən  və az tanınan partiyalardan olan müşahidəçilərlə doludur. Bu, beynəlxal müşahidəçilərdə "demokrarik” seçki təəssüratı yaratmaq üçün edilir.

"Budur, sizin mahiyyətiniz. Normal seçkilərdən, rəqibdən qorxursunuz. Əgər öz qələbənizə əminsinizsə niyə məni müşahidəçisiz– "silahsız” qoyursunuz”, - H.Babalı özünün Facebook səhifəsində yazıb


Вернуться назад