Главная > İqtisadiyyat > Bitkoin 3,8 min dollardan aşağı düşüb

Bitkoin 3,8 min dollardan aşağı düşüb


26-12-2018, 08:34.

             Bitkoin 3,8 min dollardan aşağı düşüb

 

   Dünyanın ən populyar kriptovalyutası olan bitkoin ucuzlaşmaqda davam edir.

Trend-in məlumatına görə, bitkoin 3 800 dollardan ucuz alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 9,53% azalaraq 3739,53 dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti daha kəskin ucuzlaşır.

Belə ki, "Ethereum" 12,82% və ya 129,38, "Ripple" 11,25% və ya 0,379 dollaradək ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 129,13 milyard dollar təşkil edir və bunun 51,5 faizi bitkoinin payına düşür.

 


Вернуться назад