Главная > Ölkə > Ermənilər Nəsiman Yaqubluya qarşı qarayaxma kampaniyası aparırlar

Ermənilər Nəsiman Yaqubluya qarşı qarayaxma kampaniyası aparırlar


26-02-2016, 13:27.

Ermənilər Nəsiman Yaqubluya qarşı qarayaxma kampaniyası aparırlar<b style=

Ermənilər tarixçi-jurnalist Nəsiman Yaqublunun "Xocalı qırğını” kitabına qarşı qarayaxma kampaniyası aparırlar. 

Hayk Demoyan, Levon Melik-Şahnazaryan adlı ermənilər Xocalıda törətdikləri vəhşilikləri ört-basdır etmək üçün kitabı gözdən salmağa çalışırlar. 

Onlar N.Yaqublunun öz gözləri ilə gördüyü, yaşadığı hadisələri inkar edir, Azərbaycanı qatı millətçilikdə ittiham edir və Xocalıda heç bir hadisənin baş vermədiyi yalanını tirajlayırlar. 

Halbuki Xocalı hadisələrini əks etdirən kifayət qədər foto və video kadrlar mövcuddur. Azərbaycan dövləti və ictimaiyyəti bu faktlar vasitəsilə dünya insanını erməni vəhşilikləri haqda dəfələrlə məlumatlandırıb. 

Bu gün bütün dünya Xocalıda baş verən soyqırımın qatı-millətçilik zəminində ermənilər tərəfindən Azərbaycan torpaqlarının işğalı prosesi çərçivəsində törədildiyini bilir.

Qeyd edək ki, tarixçi-jurnalist Nəsiman Yaqublunun Xocalı qətliamından bəhs edən "Xocalı qırğını” kitabı 1992- ci ildə nəşr edilib.
 
"Azərbaycan” nəşriyyatında 30 min tirajla nəşr edilən bu ilk tarixi kitabın təsirliliyi ondadır ki, müəllif faciə şahidləri ilə görüşüb, Ağdamda olub, Milli Qəhrəman Allahverdi Bağırovla birgə ermənilərlə danışıqlarda olub, Naxçıvanik istiqamətində qətlə yetirilən insanların meyidlərinin daşınmasında iştirak edib və bu xatirələrini yazdığı kitaba köçürüb. Bu kitabdakı faktların obyektivliyi və kəskinliyi erməniləri narahat etməkdədir. 

Ermənilər hər il Xocalı soyqırımı ərəfəsində N.Yaqubluya və onun kitabına qarşı ciddi təbliğat kampaniyası aparıb əsərin əhəmiyyətini azaltmaq istəyirlər.


Ceyhun ABASOV


Вернуться назад