Главная > GÜNDƏM > Xocalı - İnsanlığa qarşı cinayətdir: Cinayət haqqında kiçikmetrajlı sənədli film çəkildi -VİDEO

Xocalı - İnsanlığa qarşı cinayətdir: Cinayət haqqında kiçikmetrajlı sənədli film çəkildi -VİDEO


26-02-2016, 18:49.
Xocalı - İnsanlığa qarşı cinayətdir: Cinayət haqqında kiçikmetrajlı sənədli film çəkildi ÖZƏL/VİDEO
Xocalı və Qaradağlı soyqırım cinayətkarlarını özündə əks etdirən yeni bir sənədli film çəkilib.

"İntroitus" adlanan film düşmənin vəhşiliyini yalnız öz dili ilə, yəni onların mənbələrinə əsasən bizə təqdim edib.

Film daxilində Qaradağlı soyqırımını özündə əks etdirən kadrlar və Ermənistanın Müdafiə Nazirliyi səviyyəsində Terrora dəstək verməsi sənədlərə əsasən göstərilib.

Layihənin müəllifi, araşdırmaçı Şahin Qocayev, operator Rauf Məmmədov və aktyoru Yarəhmədov Saleh olan film, Arabo Terror Dəstəsinə aid çəkilən ilk sənədli film olmaqla yanaşı, bizə soyqırım cinayətkarlarını daha yaxından tanımaq imkanı verir.

Qeyd etmək istəyirik ki, bu araşdırmaçı Şahin Qocayevin ikinci sənədli filmidir. Bundan öncə araşdırmaçı Zori Balayanın bioqrafik videosunu çəkib. Görüntülərdə Balayanın Xocalı soyqırımı zamanı törətdiyi cinayətlər və öz dilindən etirafları əks olunub.

Bir qrup vətənpərvər cavan vətən övladları öz hesablarına, heç kimdən heç nə ummadan bu kiçikmetrajlı filmləri ərsəyə gətirib dünyaya yayırlar!(teref.info)
 
 
Uluyol.info

Вернуться назад