Главная > Qarabağ / GÜNDƏM > Etimad Əsədovun büstünün açılışı oldu - VİDEO/FOTO

Etimad Əsədovun büstünün açılışı oldu - VİDEO/FOTO


19-12-2018, 18:26.

       Etimad Əsədovun büstünün açılışı oldu -VİDEO/FOTO

 

Bu gün "Qarabağ Qaziləri" İctimai Birliyinin sabiq sədri Etimad Əsədovun 55 illik yubileyi ərəfəsində büstünün açılışı olub

Mərasim Bakının Xətai rayonunda şəhid, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Rəssamlıq Qaleriyasında baş tutub.

Büstün müəllifi heykəltaraş Azər Mərdəkanlı, qəlibçisi isə Nurəddin Yaqubovdur.

Açılışda Qarabağ qaziləri, ictimai xadimlər, keçmiş döyüşçülər, hərbçilər iştirak ediblər.

Tədbirdə 70 saylı liseyin şagirdləri Etimad Əsədova həsr olunmuş musiqili ədəbi-bədii kompozisiyanı təqdim etdilər.

Büstün açılışı mərasimində rəssam Fərman Qasımov Etimad Əsədovun zərlə portretini hazırladı.

Xatırladaq ki, bu il oktyabr ayının 16-da dünyasını dəyişmiş Etimad Əsədovun dekabrın 20-də 55 yaşı tamam olur.//qaziler.az

 

Uluyol.az


Вернуться назад