Главная > Ümumi > Bomba xəbərindən sonra təyyarə təcili eniş etdi

Bomba xəbərindən sonra təyyarə təcili eniş etdi


15-12-2018, 14:30.

             Bomba xəbərindən sonra təyyarə təcili eniş etdi

 

Mumbaydan Lakxnau şəhərinə uçuş həyata keçirən Hindistanın ən iri şəxsi aviaşirkətlərindən olan "IndiGo”nun təyyarəsi geri qayıtmaq məcburiyyətində qalıb.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə göyərtəsində bomba olması xəbərindən sonra aeroporta dönməli olub.Partlayıcı ilə bağlı digər reysin qadın sərnişini məlumat verib.

Təyyarə təcrid olunmuş anqarda yoxlamadan keçib, lakin heç bir bomba aşkar edilməyib. Aviaşirkət açıqlamasında yalan informasiya verən qadının psixi xəstəlikdən əziyyət çəkdiyini bildirib.

 


Вернуться назад