Главная > Ümumi > Məhəmməd Salah Afrikanın ən yaxşı futbolçusu seçildi

Məhəmməd Salah Afrikanın ən yaxşı futbolçusu seçildi


15-12-2018, 13:28.

           Məhəmməd Salah Afrikanın ən yaxşı futbolçusu seçildi

 

2018-ci ilin ən yaxşı afrikalı futbolçusunun adı açıqlanıb.

 

Sfera.az xəbər verir ki,BBC-nin keçirdiyi sorğunun nəticələrinə görə, İngiltərənin "Liverpool” klubunun misirli hücumçusu Məhəmməd Salah sorğularda birinci olub.

 

O, səsvermədə İtaliyanın "Juventus” klubunun mərakeşli müdafiəçisi Medhi Benatia, "Napoli”nin seneqallı müdafiəçisi Kalidu Kulibalini, Madridin "Atletico” klubunun qanalı yarımmüdafiəçisi Tomas Partini və "Liverpool”dakı seneqallı komanda yoldaşı Sadio Maneni qabaqlayaraq birinci olmağı bacarıb.

 

Qeyd edək ki, Salah ardıcıl 2-ci dəfədir bu mükafatı qazanır. O, ötən mövsüm 32 qolla Premyer Liqanın ən yaxşı bombardiri olub.

 


Вернуться назад