Главная > Ümumi > Ermənilər Rusiyanın 102-ci hərbi bazasını Gümrüdəki qətllərin əsas baiskarı hesab edirlər

Ermənilər Rusiyanın 102-ci hərbi bazasını Gümrüdəki qətllərin əsas baiskarı hesab edirlər


15-12-2018, 18:10.

           Ermənilər Rusiyanın 102-ci hərbi bazasını Gümrüdəki qətllərin əsas baiskarı hesab edirlər

 

Xəbər verildiyi kimi Ermənistanın Şirak vilayətinin mərkəzi Gümrü şəhərində Cülietta Qukasyan döyülərək öldürülüb.

Şəhər bələdiyyəsində süpürgəçi olaraq çalışan 57 yaşlı qadın aparıldığı xəstəxanada dünyasını dəyişib. Buna görə Rusiyanın Gümrüdə yerləşən 102 saylı hərbi bazasının qulluqçusu həbs olunub.

Ermənistan baş prokurorluğu hadisənin detallarını ictimaiyyətə çatdırmağa tələsmir. Bunu prokurorluğun mətbuat katibi Arevik Xaçaturyan yerli mətbuata verdiyi açıqlama ilə təsdiqləyib.

Hüquq müdafiəçiləri isə prokurorluğun mövqeyini hiddətlə qarşılayıb.

Ermənistanın "Jurnalistlər insan haqları uğrunda” təşkilatının rəhbəri Janna Aleksanyan iqtidarın Rusiya-Ermənistan münasibətlərində yeni münaqişəni alovlandırmamaq üçün belə bir addım atdığını söyləyir.

"Helsinki vətəndaş təşəbbüsü” Vanadzor ofisinin rəhbəri Artur Sakunts isə cinayətin Rusiyanın deyil, Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən araşdırılması gərəkdiyini söyləyib.

Onun sözlərinə görə, Rusiya tərəfi Gümrüdəki hərbçilərinin nizam intizamına daha çox fikir verməlidir. Ermənistan isə Rusiya əsgərlərinə nəzarət mexanizmlərinə malik olmalıdır. "Bu mexanizmlər olmadıqca bənzər insidentlərin ardı-arası kəsilməyəcək”,-deyə Sakunts söyləyib.

Gümrü şəhər bələdiyyəsinin üzvü və yerli jurnalistlər birliyinin sədri Levon Barseqyan isə şəhərdə Rusiya hərçbilərinə qarşı etirazların günü-gündən artdığını bildirib. O, bu kimi hadisələrin davam etməsi halında Gümrü sakinlərinin bir gün rus hərçbilərini şəhərdən qovmaq istəyəcəyini qeyd edib.

Şəhər sakini Armen Melkonyan yerli mediaya rus hərbçilərinin iştirakı ilə insidentlərin artdığını bildirib. O, Rusiya hərbi polisinin gəlişinin ilk aylarında vəziyyətin bir qədər düzəldiyini, lakin sonrada hər şeyin öz məcrasına geri döndüyünü və situaisyanın daha da pisləşdiyini vurğulayıb.//musavat.com

 


Вернуться назад