Главная > Hadisə > Şəkidə yol qəzası baş verib, xəsarət alanlar var
Şəkidə yol qəzası baş verib, xəsarət alanlar var14-12-2018, 14:22. |
Şəkidə yol qəzası baş verib, xəsarət alanlar varŞəki rayonunda yol qəzası baş verib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun rayonun Şəki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Şəki rayon sakini, 1981-ci il təvəllüdlü Samir Qasımov idarə etdiyi "Mercedes" markalı, 55-BT-441 dövlət qeydiyyatı nişanlı avtomobili aşırıb. Nəticədə 37 yaşlı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ ciyərin və döş qəfəsinin qapalı travması diaqnozu qoyulub. Avtomobildə olan sərnişin, 23 yaşlı Elmin Səlimovun xəsarətləri isə yüngül olduğundan ona ilkin yardım gösətərilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
Вернуться назад |