Главная > İqtisadiyyat > Azərbaycanda qızıl ucuzlaşıb

Azərbaycanda qızıl ucuzlaşıb


13-12-2018, 14:09.

           Azərbaycanda qızıl ucuzlaşıb

 

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.

Trend-in məlumatına görə, dekabrın 12-də qızılın qiyməti dekabrın 11-i ilə müqayisədə 3,842 manat azalaraq 1 unsiya üçün 2115,4205 manat təşkil edib.

Gümüş 0,0245 manat bahalaşaraq 1 unsiya üçün 24,8449 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 5,9925 manat artaraq 1336,7525 manat, palladiumun qiyməti isə 34,476 manat artaraq 2124,116 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

 


Вернуться назад