Главная > Region > Şəkidə əl qumbarası tapıldı

Şəkidə əl qumbarası tapıldı


24-02-2016, 21:51.

Şəkidə çaydan əl qumbarası tapılıb.

 

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, fevralın 24-ü, axşam saat 17 radələrində adı açıqlanmayan vətəndaş Şəki şəhəri ərazisindən axan Qurcana çayında əl qumbarası olması barədə ərazidəki polis əməkdaşına məlumat verib.

 

Məlumat əsasında hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşları çaydan bir ədəd "RQD-5” əl qumbarası götürüblər.

 

Hazırda Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları qumbaranın çayın ərazisinə  hardan və kim tərəfindən atılmasını araşdırır.

 

Qeyd edək ki, RQD-5 qəlpələnən əl qumbarası əsasən hücum döyüşlərində tətbiq edilir.


Вернуться назад